USD1.70
EUR1.98
RUB2.1216
BTC90909.00
USDT1.00
TON1.76
Canlı

İranda Etirazlar Nəticəsində Daha Bir Nəfər Həyatını İtirib

Dünən, 20:06
2
İranda Etirazlar Nəticəsində Daha Bir Nəfər Həyatını İtirib

İranda davam edən etirazlar zamanı daha bir şəxs öldürülüb.

Rock.News xəbər verir ki, bu barədə "Hengaw" insan hüquqları təşkilatı məlumat yayıb.

Gilan əyalətinin Rəşt şəhərindən olan idmançı Mehdi Zatpur etiraz aksiyalarda təhlükəsizlik qüvvələri əməkdaşının birbaşa atəş açması nəticəsində həyatını itirib.

Qeyd edək ki, İranda etirazlar 2025-ci ilin dekabrın sonunda yerli valyutanın - İran rialının devalvasiyasına görə başlayıb. İlkin olaraq əsas mövzu mübadilə məzənnəsinin kəskin dəyişməsi və bunun topdansatış və pərakəndə qiymətlərə təsiri idi, lakin sonradan ölkənin bir sıra şəhərlərindəki etiraz aksiyaları polislə toqquşmalara çevrilib. Həm təhlükəsizlik qüvvələri, həm də iğtişaşlarda iştirak edənlər arasında qurbanların olduğu bildirilir.

Bu mövzuda