USD1.70
EUR2.00
RUB2.1715
BTC93013.00
USDT1.00
TON1.88
Canlı

Türkiyə Yəməndəki hadisələrdən narahatlığını ifadə etdi, sabitliyə dəstək nümayiş etdirdi

3 yan, 19:21
7
Türkiyə Yəməndəki hadisələrdən narahatlığını ifadə etdi, sabitliyə dəstək nümayiş etdirdi

Türkiyə Xarici İşlər Nazirliyi Yəmən Respublikasının cənub vilayətlərində son günlər baş verən hadisələrlə bağlı bəyanat yayıb. Həmin hadisələr ölkənin suverenliyi və ərazi bütövlüyü ilə yanaşı qonşu ölkələrin təhlükəsizliyini də təhdid edir.

Rock.News xəbər verir ki, rəsmi açıqlamada beynəlxalq səviyyədə tanınan Prezident Rəhbərlik Şurasının ölkədə sabitliyin təmin olunmasına yönəlmiş səyləri yüksək qiymətləndirilib. Eyni zamanda ər-Riyadda inklüziv konfransın keçirilməsi ilə bağlı çağırış və Səudiyyə Ərəbistanının bu təşəbbüsə verdiyi dəstək məmnunluqla qarşılanıb. Bəyanatda Yəməndə konstitusion legitimlik əsasında davamlı siyasi həllin təmin olunmasına yönəlmiş səylərə dəstəyin davam etdiriləcəyi qeyd edilib.

Bu mövzuda

Türkiyə Yəməndəki hadisələrdən narahatlığını ifadə etdi, sabitliyə dəstək nümayiş etdirdi — Rock.News