Berlin Polis: Yeni il gecəsində yüzlərlə saxlanılan, onlarla yaralı!
Bu gün, 05:43
0

Berlin polisi Yeni il gecəsi baş verən hadisələrlə bağlı hesabat yayımlayıb.
Rock.News xəbər verir ki, təxminən 430 nəfər saxlanılıb, 35 hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb. İki zabit xəstəxanaya yerləşdirilib, yaralananların əksəriyyəti atəşfəşanlıq nəticəsində xəsarət alıb. Təhlükəsizliyi təmin etmək üçün 3200 əlavə polis əməkdaşı cəlb olunub və 800-ə yaxın ilkin istintaq başladılıb.



